Türkiyənin Ermənistan təyyarəsi üçün hava məkanını bağlaması Ermənistanın problemidir.
BUTA.TV xəbər verir ki, bu açıqlama ilə Ermənistan Baş naziri Nikol Paşinyan çıxış edib.
Paşinyan türkiyəli siyasətçiləri öldürmüş erməni terrorçulara İrəvanda abidə ucaldılmasının iki ölkə arasındakı münasibətlərə təsir göstərdiyini bildirib. O, abidənin ucaldılması zamanı hökumətin buna etiraz edəcəyi təqdirdə satqınlıqda ittiham oluna biləcəyindən çəkindiyini söyləyib.
Qeyd edək ki, “FlyOne Armenia” şirkətinin Türkiyə üzərindən Avropaya uçuşları 29 apreldən dayandırılıb. Buna səbəb kimi isə türkiyəli diplomatları qətlə yetirən mənfur "Nemezis" terror hərəkatına Ermənistanda heykəl qoyulması göstərilib.
- Sabah dənizə getmək istəyənlərin nəzərinə!
- Azərbaycanda zəlzələ oldu
- Qəzada ölən Amal narkotikə görə tutulubmuş - Foto
- Bazar günü hava necə olacaq?
- Çimərlikdəki çəyirtkələrlə bağlı rəsmi açıqlama - Nazirlik fotolar yaydı
- Bu sahələrdə 20% azalma var - Səbəb
- Müayinə üçün xəstəxanaya gedən qadın öldü
- Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirildi - Video