Rusiya NATO-nun sualtı infrastrukturuna hücuma hazırlaşır.
BUTA.TV xəbər verir ki, bunu NATO Baş katibinin kəşfiyyat və təhlükəsizlik üzrə köməkçisi Devid Kattler bildirib.
O qeyd edib ki, bunun üçün Rusiya rəhbərliyi alyansın sualtı sistemlərini öyrənir.
Kattlerin sözlərinə görə, Rusiya həm quruda, həm də sualtında müttəfiqlərin mühüm infrastrukturun xəritəsini çəkir və beləliklə, Moskva Avropa və Şimali Amerikadakı sualtı hədəflərə hücumlara hazırlaşır.
O əlavə edib ki, əməliyyatda Rusiya hərbçiləri və xüsusi təyinatlılar iştirak edir.
NATO baş katibinin köməkçisi xatırladıb ki, Rusiya münaqişənin ilkin mərhələlərində hərbi əməliyyatları məhz belə aparır - o, kritik infrastrukturu məhv etməyə çalışır. Moskva Ukrayna ilə müharibədə də belə taktikaya əl atıb.
- 1640-cı gün: Rusiya Ukraynanın itkilərini yenilədi
- 43 yaşlı kişi traktor sürərkən minaya düşdü - 3 qurum birgə məlumat yaydı
- İsveçdə məktəbə silahlı hücum: yaralılar var
- Planetin ən yaşlı qadını 117 yaşını qeyd edir
- ABŞ-la müharibəni indi bitirsək daha yaxşıdır...
- Rusiya bu adada virus laboratoriyası yaradıb
- Rus ordusu bu yaşayış məntəqəsini işğal etdi
- Məktəbli formaları ilə bağlı valideynlərə - Çağırış