Ukraynanın qələbəsinə və bundan sonra bütün dünyanın dəyişəcəyinə əminəm. Ermənistan Kremlin himayəsindədir. Ermənilərin Ukraynaya empatiyası olsa da, İrəvan hakimiyyəti bununla heç nə edə bilmir. Çünki burada Putin və KTMT faktoru var. Amma tezliklə hər şey dəyişəcək. Ermənistan və Azərbaycan ABŞ-ın himayəsi altında ortaq dil tapacaqlar, Bakının və İrəvanın yaxınlaşan hərəkətindən, Vaşinqtonun rolundan xəbərim var. Çox yaxında biz Azərbaycan və Ermənistan arasında dostluğun və sülhün şahidi olacaq.
BUTA.TV xəbər verir ki, bunu ukraynalı tanınmış jurnalist Dmitri Qordon “Kaliber.az”a bildirib.
“Azərbaycan müstəqil siyasət aparır, Türkiyə ilə dostdur, xüsusən ona görə ki, azərbaycanlılar və türklər eyni xalqdır.
Rus xalqı arasında pis insanların sayı üstünlük təşkil edib və Rusiyaya ukraynalıları öldürməkdə kömək edən dövlətləri lənətləyirəm. Amma mən bütün rus xalqını pis adlandıra bilmirəm.
Hər birimiz əzab üçün deyil, xoşbəxtlik üçün doğulmuşuq. İnsanlar danışıqlar aparmalı, çıxılmaz problemlərdən uzaqlaşmalı və qarşılıqlı məqbul kompromislər tapmalıdırlar. Ermənistan SSRİ dövrünün sarsılmaz sərhədlərinə görə Qarabağın Azərbaycanın bir hissəsi olması ilə razılaşacaq. İlham Əliyevin müdrikliyini bildiyim üçün əminəm ki, Azərbaycan da öz növbəsində Qarabağ ermənilərinə hörmətə, onların milli kimliklərinin tanınmasına təminat verir. Ermənilərlə azərbaycanlıların bir-birinə qarşı heç bir nifrəti yoxdur, sülh içində olmaq arzusu var”, - o bildirib.
- 43 yaşlı kişi traktor sürərkən minaya düşdü - 3 qurum birgə məlumat yaydı
- İsveçdə məktəbə silahlı hücum: yaralılar var
- Planetin ən yaşlı qadını 117 yaşını qeyd edir
- ABŞ-la müharibəni indi bitirsək daha yaxşıdır...
- Rusiya bu adada virus laboratoriyası yaradıb
- Rus ordusu bu yaşayış məntəqəsini işğal etdi
- Məktəbli formaları ilə bağlı valideynlərə - Çağırış
- Rusiya səfiri Finlandiya XİN-ə çağırıldı