May ayının 3-də saat 12:50-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin texniki müşahidə məntəqəsi tərəfindən Xəzər dənizində İrandan orta klassik xətti keçərək şimal istiqamətinə hərəkət edən naməlum hədəf aşkar edilib və texniki nəzarətə götürülüb.
Bu barədə BUTA.TV-a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.
Bildirilib ki, Sahil Mühafizəsinin texniki müşahidə məntəqəsi və sərhəd gözətçi gəmisinin qarşılıqlı fəaliyyəti nəticəsində Xəzər dənizinin cənub istiqamətində İrandan qaçaqmalçılıq yolu ilə Azərbaycana narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb.
Astara reydində olan Sahil Mühafizəsinin gözətçi gəmisi tərəfindən Xəzər dənizinin Azərbaycanın ərazi sularında sahildən 12 mil məsafədə sənaye üsullu lövbərə bağlanmış bir ədəd kisə aşkarlanıb.
Kisəyə baxış zamanı ümumi çəkisi 6 kiloqram 630 qram narkotik vasitə “marixuana” aşkar olunaraq götürülüb.
Fakt üzrə əməliyyat-istintaq tədbiri davam etdirilir.
- “Naftalanda müalicə almağı da mənə çox görürlər? Ayıb olsun!” - Tahir Kərimli
- “Paşinyanın əsli bizim rayondandır, onu görsəm...” - Misir Mərdanov
- “Yeni nəsillər də bizi buna görə tənqid edəcəklər” - Hikmət Hacıyev
- İran Xəzərdə Rusiya ilə təlimlərə başlayır
- Bu müəllimlər “tapşırıqla” işə düzəldikləri üçün imtahandan kəsildi – Şok AÇIQLAMA
- İran kərə yağının başına Azərbaycanda gətirilən FIRILDAQ
- Süni intellekt Putinin ölüm ilini proqnozlaşdırdı
- Bakının təyyarə tələbi: Moskva “fikrini” dəyişəcəkmi?