Lerik rayonunda ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
BUTA.TV Report-a istinadən xəbər verir ki, hadisə Lənkəran-Lerik yolunun 39-cu kilometrində qeydə alınıb.
Belə ki, minik avtomobili idarəetmədən çıxaraq dərəyə aşıb.
Qəza zamanı Lənkəran rayonunun Kərgəlan kənd sakini, 2004-cü il təvəllüdlü Rəvan Çingiz oğlu İbadzadə dünyasını dəyişib. Onun həmkəndliləri – sürücü, 1998-ci il təvəllüdlü Zəka Əfrahim oğlu Həmidovla 1999-cu il təvəllüdlü Amin İntiqam oğlu İbadov xəsarət alıblar.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Z.Həmidov Qarabağ qazisidir.
- Masazırda maşın yandı - Video
- Bakıda maşın kanalizasiya kollektoruna düşdü - Video
- Hərbçilərə telefonla neqativ xəbər ötürməyin! - MN-dən çağırış
- Sabunçuda mənzildən kişi meyiti tapıldı
- Zaur Kamal qəza etdi
- Gürcüstanda Azərbaycan vətəndaşları saxlanıldı - Video
- Sabah dənizə getmək istəyənlərin nəzərinə!
- Azərbaycanda zəlzələ oldu