Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-tərcüməçi, Fəxri mədəniyyət işçisi Fəridə Hacıyevanı 70 illik yubileyi münasibəti ilə təbrik edib.
BUTA.TV xəbər verir ki, Milli Məclisdə baş tutan görüşdə ədibin yaradıcılıq uğurları, o cümlədən bu il gün üzü görmüş kitabı və planları ilə tanış olan, onunla fikir mübadiləsi aparan Komitə sədri ona Mədəniyyət Komitəsi adından xatirə hədiyyəsi və Təbrik məktubu təqdim edib.
Qeyd edilib ki, F.Hacıyeva 1972-ci ildən M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında işləyib, 1992-ci ildən isə “Dövri mətbuat” bölməsinə rəhbərlik edib.
1982-ci ildən televiziya, radio verilişlərində və dövri mətbuatda ardıcıl çıxış edib.
1983-1992-ci illərdə Azərbaycan Aşıqlar Birliyinin metodisti və daha sonra Folklor şöbəsinin müdiri vəzifəsində çalışıb.
“Məni məndən alan dünya”, “Dünyama qovuşacağam”, “Ulduzlardan pay istərəm” (tərcümə), “Göylər pənahım mənim”, “Bağışla, Vətən, bağışla”, “Qaytaram Tanrı sevgisin”, “Hu, Mevlam, hu”, “Bir menekşe masalı”, “Yolum uzun”, “Könül dərgahım” adlı kitabları gün üzü görüb.
- Planetin ən yaşlı qadını 117 yaşını qeyd edir
- ABŞ-la müharibəni indi bitirsək daha yaxşıdır...
- Rusiya bu adada virus laboratoriyası yaradıb
- Rus ordusu bu yaşayış məntəqəsini işğal etdi
- Məktəbli formaları ilə bağlı valideynlərə - Çağırış
- Rusiya səfiri Finlandiya XİN-ə çağırıldı
- Türkiyə Netanyahu haqqında qırmızı bülleten tələb etdi
- Seyran Hüseynova general-mayor rütbəsi verildi