Azərbaycanda kinonun gələcəyini işıqlı, insanlar tərəfindən sevilən və müsbət görürəm.
Bu sözləri Kult.az-a açıqlamasında azərbaycanlı aktyor, ssenarist, prodüser Azər Aydəmir deyib.
Prodüser Azərbaycan kinosunun beynəlxalq festivallara daha az çıxmasına da münasibət bildirib:
“Kinomuzun beynəlxalq festivallara az çıxması bizim üçün daha yaxşıdır. Bizə ilk növbədə Azərbaycan insanını yenidən televiziya qarşısına qaytara biləcək və xalqı qane edəcək kinolar lazımdır. Fikrimcə, beynəlxalq festivallar bizim üçün sonrakı səviyyədir”.
Azər Aydəmir qeyd edib ki, bir neçə il əvvəlki kinomuzla indiki arasında texniki olaraq fərq yoxdur:
“Amma 2 il əvvələ nisbətən daha çox kino sahəsinə həvəsi olan və işləmək istəyən adam var”.
- Masazırda maşın yandı - Video
- Bakıda maşın kanalizasiya kollektoruna düşdü - Video
- Hərbçilərə telefonla neqativ xəbər ötürməyin! - MN-dən çağırış
- Sabunçuda mənzildən kişi meyiti tapıldı
- Zaur Kamal qəza etdi
- Gürcüstanda Azərbaycan vətəndaşları saxlanıldı - Video
- Sabah dənizə getmək istəyənlərin nəzərinə!
- Azərbaycanda zəlzələ oldu