Əliyev və Paşinyanın son iki günü...

12:34 - 5 May 2023 - SİYASƏT

 Əliyev və Paşinyanın son iki günü...

Son 2 gündə Azərbaycan və Ermənistan liderlərinin öz sözləri və onlara aid xəbərləri erməni və yerli mediadan çox rahatlıqla izləmək olar.

Bu iki günün qaynar xəbərlərindən az bir qismi:

İlham Əliyev: Heydər Əliyevin ən böyük arzusu Şuşanı azad görmək idi və biz onun arzusunu gerçəkləşdirdik.

Nikol Paşinyan: Məni o qədər satqın adlandırıblar ki, artıq satqın adlandırmaqdan qorxmuram.

Bu xəbər hal-hazırda çox oxunur
Ramiz Mehdiyevə ŞOK İTTİHAMLAR - Sirlər açıldı!

İlham Əliyev: Ermənilər indi özlərinə yeni ağa və ya ağalar axtarırlar. Lakin tarix onlara dərs verməlidir. Ümid edirik ki, onlar bunu başa düşəcəklər.

Nikol Paşinyan: "Ermənistanın təhlükəsizliyini kim təmin edə bilər" sualı əvvəldən yanlış qoyulmuşdu.

İlham Əliyev: Biz ordusunun gücü baxımından NATO-nun ikinci dövləti ilə saziş imzaladıq və bu ciddidir.

Nikol Paşinyan: KTMT Ermənistan qarşısındakı vəzifələrini icra edə bilmədi. Ötən il KTMT ilə konsensus əldə edə bilmədik. Mövqeyimizi və təşkilatla bağlı narazılığımızı bildirdik.

İlham Əliyev: Bu gün biz Rusiyadan, Türkmənistandan, Qazaxıstandan olan neftin nəqli üçün tranzit ölkəsiyik.

Nikol Paşinyan: Kommunikasiyaların açılmaması ancaq Ermənistana ziyan vurur.

İlham Əliyev: Onlar artıq razılaşıblar ki, Qarabağ Azərbaycandır. Bu yaxınlarda mən dedim ki, onlar, sadəcə, sonuncu sözü deməlidirlər. Onlar A deyiblər, B deməlidirlər. Onlar mənim söylədiyimi söyləməlidirlər – Qarabağ Azərbaycandır!

Nikol Paşinyan: BMT Təhlükəsizlik Şurası indiyə qədər Qarabağdakı vəziyyəti müzakirə etməli idi. Ancaq biz bunu görmürük.

İlham Əliyev: Ermənilər Azərbaycanın ərazi bütövlüyü ilə bağlı kompromisə gedəcəyini düşünürdülər. Hesab edirdilər ki, onların beynəlxalq sponsorları həmişə onların yanında olacaq və onlar üçün mübarizə aparacaqlar. Lakin bu, səhv hesablanmış bir addım idi. Onlar yanlış idilər.

Nikol Paşinyan: Əliyev sonra tarixi xəritələr haqqında danışmağa başladı. Dedi ki, guya bu, delimitasiya üçün əsas olmalıdır. Hətta Əliyev İrəvanın qədim Azərbaycan şəhəri olduğunu da bildirdi. Bakı Ermənistana ərazi iddiası irəli sürməkdə davam edir...

Bir az da xəbərlərdən:

- Nikol Paşinyan Praqaya getdi.

- İlham Əliyev Füzuli, Zəngilan, Laçına...

- Nikol Paşinyan gələn həftə Moskvaya gedəcəyini deyir.

- İlham Əliyev Xocavəndə getdi.

- Əllərində müharibə zamanı ölən erməni əsgərlərin şəkillərini tutan aksiyaçılar Baş nazir Nikol Paşinyanın parlamentdəki çıxışına etiraz ediblər. Aksiyaçılar Paşinyana etiraz olaraq yerə kəsilmiş donuz başları, Paşinyan və Anna Akopyanın şəkillərini atıblar. Hətta donuz başlarını da qan əlaməti olaraq qırmızı rənglə boyayıblar.

- İlham Əliyev Güləbird kəndinin təməlini qoydu.

- Xankəndidə ermənilər yolu bağlayıb, etiraz edirlər;

- İlham Əliyev Xudafərin qəsəbəsinin təməlini qoydu.

- Ermənistanda bir qrup şəxs aksiyada Paşinyanı satqın adlandırdı;

- İlham Əliyev Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin təməlini qoydu.

- Paşinyan Ermənistanın 29,8 min kv.km ərazisinə təminat almaq istəyir;

- Azərbaycan Qazaxın 7, Naxçıvanın 1 kəndini tələb edir;

- Lentsov Bakıya gedib, Laçın yolu ilə bağlı müzakirə aparacağını ermənilərə söz verir;

- Azərbaycan “Laçın” sərhəd-buraxılış məntəqəsində gömrük postu da qurdu...

Paşinyan parlamentdə ittihamlara cavab verib, təhqirləri cavablandırmağa çalışır, Praqaya gedir, şikayətlənir...

İlham Əliyev 30 ildir dağıdılan, yer üzündən silinən kənd, qəsəbə, şəhərlərin, məktəb, məscid, elektrik stansiyalarının təməlini atır...

İlham Əliyev 12 min kv.km ərazidə dağılan yüzlərlə kəndi, 4 şəhəri tikir: yüzillər, minillərlə mövcud olan yaşayış məskənlərinə yeni həyat verir, onları bir-bir qurur...

Xarabazara çevrilən kəndləri, şəhərləri diriltmək, canlandırmağı görmək qismətimizdə varmış!

Və bunların başında İlham Əliyev durur!

Nə mutlu günlərdir!

Nə xoşbəxt liderdir İlham Əliyev!


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol