Rusiya müdafiə nazirinin müavini vəzifəsindən çıxarılan general-polkovnik Mixail Mizintsev “Vaqner” özəl hərbi şirkətinin komandir müavini olub.
BUTA.TV xəbər verir ki, bunu rusiyalı hərbi müxbir Aleksandr Simonov məlumat verib.
Simonov Mizintsevin “Vaqner” formasında olan videosunu yayıb və bildirib ki, general bölmələrin hazırlığı ilə məşğuldur.
“Vaqner” özəl hərbi şirkətinin yeni komandir müavini Mixail Mizintsevlə bölmələrin hazırlığı ilə məşğul olduq”, - Simonov bildirib.
Onun sözlərinə görə, Mizintsev vaqnerçilərin Baxmutdakı mövqelərini də ziyarət edib.
- Putin TŞ-nin iclasını çağırdı
- Türkiyədə təriqət liderinin qardaşı da saxlanıldı
- Rusiyanın bu aerodromunu vurduq - Zelenski
- Onlarla döyüşmək niyyətimiz yoxdur - İraq
- “Bu fakt qürur hissi doğurur”
- Zelenski “Maşa və Ayı”ya sanksiya qoydu, Kremldən cavab
- İsrail HƏMAS komandirini məhv etdi
- “Bu, son beş ildə yeddinci səfərimdir”