Priqojin və Rusiya Müdafiə Nazirliyi, eləcə də Baş Qərargah arasındakı qarşıdurmada “Vaqner”in rəhbəri rus cəmiyyətinin əksəriyyəti tərəfindən dəstəklənir.
BUTA.TV xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.
“Üstəlik, rus ordusunun zabit və əsgərlərinin də əksəriyyəti Priqojin və onun komandasını dəstəkləyir. Onların hamısı mərmi və digər vacib ehtiyaclarla çox zəif təmin olunduğuna inanır. Amma subardinasiya məsələlərinə görə bunu birbaşa deyə bilmirlər. Sevinirlər ki, heç olmasa onların düşündüklərini Priqojin yüksək səslə deyə bilir. Məsələni təcili olaraq Rusiya Təhlükəsizlik Şurası həll etməlidir”, - o bildirib.
Qeyd edək ki, Priqojin Baxmutda ölən vaqnerçilərin cəsədləri fonunda silah çatışmazlığı ilə bağlı Rusiya müdafiə naziri və Baş Qərargah rəisinin ünvanına təhqirlər səsləndirib.
- "Mersedes" beton maneəyə çırpıldı: 2 ölü, 1 yaralı
- Ağsu RQİİ-nin əməkdaşları təltif edildi
- Bakıda əməliyyat: saxlanılanlar var
- Güclü külək əsəcək - Sarı xəbərdarlıq
- Bakıda baş verən partlayışın – Anbaan videosu
- Ata və iki azyaşlı övladı su anbarında batdı
- Laçına dolu düşdü
- Yasamaldakı partlayışın kamera - Görüntüləri