Mayın 5-6-da “Eta-Akvarid” adlı meteor yağışı olacaq.
Bu barədə BUTA.TV-a Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib. Bildirilib ki, “Eta-Akvarid” orta səviyyədən yuxarı meteor yağışıdır. İntensiv meteor axını (saatda 50-yə qədər) əsasən Cənub yarımkürəsində müşahidə olunacaq. Şimal yarımkürəsində isə təxminən saatda 30 meteor müşahidə ediləcək.
“Eta-Akvarid” meteor yağışı Halley kometinin qalıqları tərəfindən əmələ gəlir. Yağış hər il aprelin 19-dan mayın 28-dək davam edir. Bu il mayın 5-i gecə və 6-sı səhər saatlarında pik həddə çatacaq. Meteor axını Dolça bürcündən başlayacaq və səmanın hər yerində görünəcək.
- Onlarla döyüşmək niyyətimiz yoxdur - İraq
- “Bu fakt qürur hissi doğurur”
- Zelenski “Maşa və Ayı”ya sanksiya qoydu, Kremldən cavab
- İsrail HƏMAS komandirini məhv etdi
- “Bu, son beş ildə yeddinci səfərimdir”
- Prezident Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib
- ABŞ-la dialoqa hazırıq, amma... - Ryabkov
- Qurban Qurbanovun “Tvente” dərsi...