“Sən elə bir zirvəsən”: yekun konsert keçirildi

16:50 - 5 May 2023 - GÜNDƏM

 “Sən elə bir zirvəsən”: yekun konsert keçirildi

Elm və Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən peşə və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Sən elə bir zirvəsən” adlı respublika ifa müsabiqəsinin yekun konserti və qaliblərin təltifetmə mərasimi keçirilib.

Kult.az xəbər verir ki, müsabiqənin keçirilməsində əsas məqsəd Ulu Öndər Heydər Əliyevin ölkəmizin müstəqilliyinin qorunub möhkəmləndirilməsində, demokratik hüquqi dövlətin qurulmasında və onun hərtərəfli inkişafında misilsiz xidmətlərini gənclərə aşılamaq, onun ideyalarını örnək göstərməkdən ibarət olub.

Eyni zamanda, gənclərin asudə vaxtlarını səmərəli və mənalı təşkil etmək, istedad və bacarıqlarını üzə çıxarmaq, ifa mədəniyyətini yüksəltmək, onlarda nitq mədəniyyətinə, bədii ifaçılığa, şeirə, incəsənətə, rəqsə olan məhəbbət hisslərini artırmaq məqsədi daşıyıb.

Konsertdə Elm və Təhsil Nazirliyinin əməkdaşları, mədəniyyət xadimləri, ictimai fəallar və media nümayəndələri iştirak ediblər.

“Sən elə bir zirvəsən” adlı respublika ifa müsabiqəsində 2800-ə yaxın tələbə iştirak edib. Müsabiqənin respublika mərhələsində qalibiyyət uğrunda mübarizəyə 42 peşə təhsili müəssisəsi olmaqla, 147 tələbə, 42 orta ixtisas təhsili müəssisəsi olmaqla, 172 tələbə qatılıb. Müsabiqə qaliblərinin iştirakı ilə yekun konsert təqdim olunub.

Sonda müsabiqə qalibləri Elm və Təhsil Nazirliyinin fəxri fərmanları və hədiyyələri ilə təltif ediliblər.

Qeyd edək ki, konsert Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası nəzdində Opera Studiyasında baş tutub.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol