Xəbər verdiyimiz kimi, mayın 3-də Astara rayonun Şümrüd kənd sakini 1969-cu il təvəllüdlü Eynəli Əzizovun kəndin meşəlik ərazisində üzərində xəsarət izləri olan meyitinin aşkar olunması faktına görə Astara rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsilə (qəsdən adam öldürmə) cinayət işi başlanıb.
BUTA.TV xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin Mətbuat xidmətləri birgə məlumat yayıb.
Prokurorluq və Daxili İşlər Nazirliyinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən birgə keçirilən tədbirlər nəticəsində rayonun Şümrüd kənd sakini, 1996-cı il təvəllüdlü Aslan Şüvünəliyevin şəxsi münasibətlər zəminində balta ilə Eynəli Əzizova xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Aslan Şüvünəliyev iş üzrə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda istintaq-əməliyyat tədbirləri davam edir.
Qeyd edək ki, mərhum Şümrüd kənd məktəbində vaxtı ilə müəllim işləyib. Onun heyvandarlıq təsərrüfatının və ticarət obyektinin olduğu bildirilir. O eyni zamanda bələdiyyə sədri kimi də çalışıb.
- Zelenski “Maşa və Ayı”ya sanksiya qoydu, Kremldən cavab
- İsrail HƏMAS komandirini məhv etdi
- Prezident Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib
- ABŞ-la dialoqa hazırıq, amma... - Ryabkov
- Qurban Qurbanovun “Tvente” dərsi...
- İsmayıllıda toyda 31 nəfər zəhərləndi - Yenilənib
- FTX generalının Moskvada meyiti tapıldı
- Hamiləliyini sonlandırmaq istəyən 24 yaşlı qadın xəstəxanada öldü - Fotolar - Yenilənib