Rusiya xüsusi xidmət orqanları mayın 9-na təxribatlar, xüsusən də Ukrayna əsgərləri adı altında Rusiyanın sərhədyanı rayonlarının mülki əhalisinə hücumlar hazırlaya bilər.
BUTA.TV xəbər verir ki, bu açıqlama ilə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov çıxış edib.
O qeyd edib ki, müharibənin davam etdiyini nəzərə alsaq, tarixindən asılı olmayaraq, istənilən gündə hər cür insident və təxribatlar mümkündür.
Yusov Milli Müqavimət Mərkəzinin Bryansk və Kursk vilayətlərindəki rus hərbçilərinə Ukrayna Silahlı Qüvvələrinin geyim formasının verilməsi ilə bağlı yaydığı məlumatı şərh edib:
"2014-cü ildən işğalçılar bu cür təxribatdan istifadə edirlər və ola bilsin ki, biz də indi bununla üzləşəcəyik. Bu vəziyyətdə belə təxribatlar Rusiya xüsusi xidmət orqanları tərəfindən müəyyən tarixlərə, məsələn, 9 may tarixinə (Qələbə günü) təsadüf edə bilər.
Nə Ukraynada, nə də bütün dünyada heç kim bu cür tamaşalara inanmayacaq. Amma bu o demək deyil ki, heç bir təxribat olmayacaq. Xüsusən də Belarusu Ukraynaya qarşı müharibəyə çəkmək üçün ona qarşı təxribat törədilməsi riski var".
- İsmayıllıda toyda 31 nəfər zəhərləndi - Yenilənib
- Belarus bu ölkədəki səfirliyini bağlayır
- FTX generalının Moskvada meyiti tapıldı
- Hamiləliyini sonlandırmaq istəyən 24 yaşlı qadın xəstəxanada öldü - Foto
- ABŞ-da təyyarə qəzası: 8 ölü
- Paşinyan Moskvadakı səfiri geri çağırır – Səbəb
- TƏBİB-dən xəstəxanadakı həmin görüntülərlə bağlı - Açıqlama
- “Azərbaycan dilini öyrənərkən Gəncədə bir ailənin evində qalırdım” - Yeni səfir