Cari ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusunun bütün hərbi hissə və bölmələrində silah, döyüş və xüsusi texnikanın istismarının yay mövsümünə keçirilməsi prosesi aparılır.
Bu barədə BUTA.TV-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, hərbi hissələrdə əvvəlcə şəxsi heyətlə nümunəvi dərslər keçirilərək mövsümi xidmət qaydaları izah edilib.
Silah və texnikanın, o cümlədən aviasiya vasitələrinin yay mövsümündə fasiləsiz və dayanıqlı istismarını təmin etmək məqsədilə bütün hərbi hissələr mərkəzləşdirilmiş qaydada yanacaq-sürtgü materialları, eləcə də digər zəruri ehtiyat hissələri və avadanlıqlarla tam təmin edilib.
Hərbi hissələrdə fəaliyyət göstərən texniki xidmət məntəqələrində iqlim şəraitinin xüsusiyyətləri də nəzərə alınmaqla texnikalara planlı şəkildə mövsümi qulluq göstərilir, elektrik sistemlərinin vəziyyəti yoxlanılır. Həmçinin şəxsi heyətə yay şəraitində texnikanın istismarı qaydaları və təhlükəsizlik tələbləri çatdırılır.
Qeyd edək ki, silah və texnikanın yay dövründə fasiləsiz və dayanıqlı istismara hazırlığı hərbi hissələrin döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılmasına xidmət edir.
- Fatimə Kərimovanı öldürən şəxs Türkiyədə saxlanıldı
- Fatimənin qətlinə görə Türkiyədə saxlanılan var
- Su anbarında övladları ilə birgə batan polis şəhid övladı imiş
- Cinayət törətməkdə şübhəli bilinən 19 nəfər saxlanıldı
- Ümumrespublika birinciliyinə yekun vuruldu - Video
- "Mersedes" beton maneəyə çırpıldı: 2 ölü, 1 yaralı
- Ağsu RQİİ-nin əməkdaşları təltif edildi
- Bakıda əməliyyat: saxlanılanlar var