Azərbaycan boksçusu Nəbi İsgəndərov Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatına qələbə ilə başlayıb.
BUTA.TV xəbər verir ki, 67 kq çəki dərəcəsində mübarizə aparan yığma üzvü 1/16 final mərhələsində Ali Habibinejadla (İran) döyüşüb.
Görüş İsgəndərovun qələbəsi ilə yekunlaşıb. Gəncə boks məktəbinin yetirməsi rəqibini 4:1 (27:30, 29:28, 29:29, 30:26, 29:28) hesabı ilə məğlub edib. O, 1/8 finalda rusiyalı Tarxan İdiqovla üz-üzə gələcək. Qarşılaşma mayın 9-da olacaq.
Qeyd edək ki, 107 ölkədən 538 idmançının qatıldığı dünya çempionatı mayın 14-də başa çatacaq.
- ABŞ-da təyyarə qəzası: 8 ölü
- Paşinyan Moskvadakı səfiri geri çağırır – Səbəb
- TƏBİB-dən xəstəxanadakı həmin görüntülərlə bağlı - Açıqlama
- ABŞ aviadaşıyıcısını 9 aydan sonra Yaxın Şərqdən çıxardı
- Ukrayna “Lukoyl”un neft emalı zavodunu vurdu - Video
- Şimali Koreya nəhəng raketini Rusiyaya verdi
- Şəhərin mərkəzində ara məsafəsi gözlənilmədən bina tikilir? - Fotolar
- Müttəfiqləri narahatdır: ABŞ onları qorumayacaq?