Bizim fundamental problemlərimizdən biri odur ki, özümüzü regiona yad hesab edirik.
BUTA.TV xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan erməni müəllim və şagirdlərlə görüş zamanı deyib.
Şagirdlərdən birinin “Türkiyə ilə sərhədlərin açılmasının bizə xeyir verəcəyinə baş nazir əmindirmi? Biz gərək tarixdən dərs alaq. Türkiyə heç vaxt Ermənistanla yaxşı münasibətlər istəməyib və heç vaxt da istəməyəcək” sözlərinə cavab olaraq Paşinyan bildirib:
“Bizim fundamental problemlərimizdən biri odur ki, özümüzü regiona yad hesab edirik. Yəni burada harmoniyadan daha çox, ətraf mühitlə problem var. Bu isə bizim əleyhimizə işləyir. Bizim vəzifəmiz ondan ibarətdir ki, real həyat yaşayaq, ərazisi bizim üçün çox səciyyəvi olan əsl Vətənimizi sevək, bu Vətən qarşısında məsuliyyət hiss edək. Konkret olaq və bu konkretlik müdafiəmizi artıracaq, lakin başqalarının bununla razılaşacağı fakt deyil”.
Zəruri olaraq qeyd edək ki, Paşinyan bu sözlərlə əslində regiona yad olduqlarını, yad olmaları səbəbindən də bütün ətrafı və regionun yerli sakinlərini özlərinə düşmən gördüklərini, gəlmə xarakterinə uyğun davrandıqlarını dolayısı ilə etiraf etmiş olub.
- Bakıda keçirilən COP29-un bitəcəyi tarix açıqlandı
- Netanyahu Bakıya gələrsə, həbs ediləcək? - “Məntiq bunu deməyə əsas verir”
- Japarov Azərbaycanla bağlı bu sazişi təsdiqlədi
- COP29 Sədrliyi bəyanat yaydı
- Prezident bu nazirə ali xüsusi rütbə verdi
- Berbok Bakıdan səsləndi: Kritik məqama yaxınlaşırıq!
- Bu sahəyə ayrılan pullar düzgün xərclənilmir - BMT
- Qazaxın azad olunan kəndlərində yeni zastavalar tikiləcək