Qarabağa avtobus reysləri təxirə salınıb?

12:24 - 15 May 2023 - GÜNDƏM

 Qarabağa avtobus reysləri təxirə salınıb?

Sosial şəbəkələrdə yayılan məlumatlara görə, işğaldan azad olunan ərazilərə müntəzəm avtobus marşrutları hava şəraiti ilə əlaqədar təxirə salınıb.

BUTA.TV xəbər verir ki, məsələ ilə bağlı Trend-ə açıqlama verən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) müntəzəm avtobus marşrutları ilə işğaldan azad edilən ərazilərə səfərlərin qrafikə uyğun olaraq davam etdirildiyini bildirib.

Qeyd edək ki, Şuşa və Ağdam şəhərlərinə ilk müntəzəm avtobus marşrutları yanvarın 24-də istifadəyə verilib. Füzuli istiqamətində isə ilk müntəzəm avtobus reysi 25 iyun tarixində həyata keçirilib. Ötən ay Tərtər rayonunun Talış kəndində məskunlaşan əhalinin nəqliyyat xidmətlərinə olan tələbatlarını ödəmək üçün marşrut açılıb. İlk mərhələdə marşrut “Şıxarx” qaçqın şəhərciyindən başlamaqla Talış kəndi istiqamətində Tərtər şəhərinin mərkəzi bazarı, Avtovağzal, Seydimli, Çaylı və Suqovuşan kəndləri aralıq dayanacaqlarından keçməklə təşkil olunub. Hazırda sərnişinlərə bir kiçik tutumlu nəqliyyat vasitəsilə xidmət göstərilir və gün ərzində 2 reys həyata keçirilir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol