Türkiyə seçkilərinin bir neçə qalibi var.
BUTA.TV xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib.
O, seçkinin qaliblərini bu cür sıralayıb:
“1. Şəksiz qalib Ərdoğandır – parlamenti çox böyük üstünlüklə uddu, ilk turu 5% civarında öndə bitirdi, ikinci turda çox böyük üstünlüklə qalib olacaq (təqribən 55-56% civarında);
2. MHP də ciddi uğur qazandı, heç kim belə səs qazanacağını təxmin etməmişdi;
3. Sinan Oğan da qalibdir, Türkiyədə 5,26%, təqribən 2,8 mln. seçici səsi qazanmaq böyük uğurdur. Oğanı İYİ Partiyasındən “sol” namizədə səs vermək istəməyən, MHP-dən Ərdoğana səs vermək istəməyənlər dəstəklədi, yəni Oğanın səsi özünün deyil, millətçi-sekulyar kəsimindir, o səslərdən ikinci turda Kılıcdaroğluya çox az səs gedəcək;
4. DEVA partiyası da qazandı – Kılıcdaroğlunun zəifliyini, siyasətbilməzliyini görüb çox ağıllı ittifaq qurdu, şərtlərini diktə edə bildi və parlamentə 14-15 deputat keçirə bildi”, - ekspert qeyd edib.
Onun sözlərinə görə, seçkinin tək məğlubu var – Kılıcdaroğlu:
“İttifaqlarını doğru qura, mesajlarını normal çatdıra bilmədi, CHP-nin deputat sayını səhv hesablamalarla azaltdı. Amma CHP vacib partiyadır, Türkiyədə 25% “sol-liberal” seçmənin olması qardaş ölkə üçün siyasi “vaksindir”, ölkəni sözün pis mənasında (inanclı insanlara can qurban, söhbət dinin siyasətə alət edilməsindən gedir) dini idarəetməyə yuvarlanmaqdan, bir də radikal etnik millətçilikdən qoruyur (millətçilərə də can qurban, söhbət “kafa tası” millətçilikdən gedir)”.
- Hərbi biletlə bağlı qərar: 200 manat cərimə...
- Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
- İlham Əliyev fərman imzaladı
- Beşinci qrup üzrə qəbul planı nə qədərdir?
- Hasil Abbasov bu xanıma yüksək vəzifə verdi
- Bakıda güclü külək nə vaxta kimi davam edəcək?
- Azərbaycan və Türkiyə klublarının futbolçuları arasında kütləvi dava - Video
- ABB-dən daşınmaz əmlak bazarı ilə bağlı mühüm araşdırma