Ötən gün Türkiyədə keçirilən 28-ci çağırış parlament seçkilərində millət vəkili seçilən şəxslər sırasında tanınmış simalar da var.
Kult.az xəbər verir ki, millət vəkili mandatı əldə edənlər arasında AKP-dən keçmiş futbolçu Alpay Özalan, musiqiçi Yücel Arzen, aktyor Bahadır Yenişəhərlioğlu, keçmiş “Türkiyə gözəli” Seda Sarıbaş və İYİ Partiyasından keçmiş futbolçu Ünal Karaman var.
Millət vəkilliyinə namizədliyini verib, qalib gəlməyənlər məşhurlar isə bunlardır: Yaşıl Sol Partiyasından (HDP-çilər) aktyor Kərəm Fırtına, Türkiyə İşçi Partiyasından aktyorlar Barış Atay, Sərhat Özcan, Mehmet Aslantuğ, İYİ Partiyasından iş adamı Faiq Öztürk, futbolçu Gökhan Zan, MHP-dən aktrisa Özləm Balcı, CHP-dən ssenarist və rejissor Onur Aydın, Türkiyə Kommunist Partiyasından aktyor İlyas Salman, Yenidən Rifah Partiyasından isə müğənni Davud Güloğlu var.
- Hərbi biletlə bağlı qərar: 200 manat cərimə...
- Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
- İlham Əliyev fərman imzaladı
- Beşinci qrup üzrə qəbul planı nə qədərdir?
- Hasil Abbasov bu xanıma yüksək vəzifə verdi
- Bakıda güclü külək nə vaxta kimi davam edəcək?
- Azərbaycan və Türkiyə klublarının futbolçuları arasında kütləvi dava - Video
- ABB-dən daşınmaz əmlak bazarı ilə bağlı mühüm araşdırma