Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat nəticəsində qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən narkotik vasitələrin və psixotrop maddələrin satışını və paylanılmasını təşkil edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən BUTA.TV-a verilən məlumata görə, ondan ümumi çəkisi 1 kiloqram 354 qram müxtəlif növ narkotik vasitə və psixotrop maddə aşkar edilərək götürülüb.
Əldə edilən əməliyyat məlumatı əsasında polis əməkdaşlarının keçirdikləri tədbir zamanı əvvəllər məhkum olunmuş İsmayıllı rayon sakini Elmir İsgəndərov şübhəli şəxs qismində saxlanılıb. Şəxsi axtarış zamanı ondan 650 qram heroin, 400 qramdan artıq tiryək və 302 qram metamfetamin aşkarlanıb. Araşdırma zamanı Elmir İsgəndərovun həmin narkotik vasitəni pul qarşılığında paytaxtdan Qəbələyə satış məqsədilə gətirdiyi müəyyən edilib.
Faktla bağlı Qəbələ Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, saxlanılan şəxsin ətrafında zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir. Məhkəmənin də qərarı ilə E.İsgəndərov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
- Bakıda güclü külək nə vaxta kimi davam edəcək?
- Azərbaycan və Türkiyə klublarının futbolçuları arasında kütləvi dava - Video
- ABB-dən daşınmaz əmlak bazarı ilə bağlı mühüm araşdırma
- Naxçıvanda elektrik şəbəkəsi yenidən qurulur - Video
- Prokurorluq azadlığa çıxan sədrin hökmündən protest verəcək
- 4SİM və “Azərsun Holdinq” arasında əməkdaşlıq müzakirə olundu
- Qanunsuz çıxarılmış 63 nəfər əvvəlki işlərinə bərpa etdirildi
- İsmayıllıda qəzada 2 nəfər həlak oldu - Biri körpədir - Yenilənib