Türk Ağsaqqalları İctimai Biriyi İdarə Heyətinin sədri, Missiya Media Qrupunun rəhbəri Ramin Əhmədovun “Azərbaycan-Özbəkistan münsibətlərinin inkişafında Heydər Əliyevin rolu” adlı məqaləsi Özbəkistanın “aniq.uz”, “fikr.uz” saytlarında yayımlanıb.
BUTA.TV xəbər verir ki, özbək və rus dillərində fəaliyyət göstərən iki media orqanında işıq üzü görən məqalədə Özbəkistanın türk dünyasındakı yerindən və Ümummilli Lider Heydər Əliyevin ölkələr arasındakı münasibələrin inkişafı ilə bağlı gördüyü işlərdən bəhs edilib.
Məqalədə eyni zamanda Ulu Öndərin müəyyənləşdirdiyi siyasi kursun bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi önə çəkilib. Bildirilib ki, Prezidentin uğurlu diplomatik fəaliyyəti nəticəsində Özbəkistanla münasibətlərimiz daha da inkişaf edib.
Yazıda həmçinin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Azərbaycanın xarici ölkələrlə əlaqələrinin inkişafında oynadığı rol əhəmiyyəti vurğulanır. Mehriban xanım Əliyevanın 2022-ci ilin noyabr ayında Özbəkistana səfər çərçivəsində Səmərqənddə Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyayeva ilə görüşündən və digər addımlarından bəhs edilib.
- Sabah yağış yağacaq
- Sabiq rəis məhkəmə zalından azadlığa buraxıldı
- "Rənc Rover" ağır qəzaya uğradı: ölənlər var - Foto
- Xırdalandakı qətlə görə 2 nəfər saxlanıldı - Foto
- 14 yaşlı oğlan ov tüfəngindən açılan atəşdən öldü
- Təyyarə göyərtəsində POS ödəniş imkanı istifadəyə verildi
- İlham Nəsirov vəzifəsindən azad olundu - Foto
- Əsəbiləşib özünə xəsarət yetirən futbolçuya - AFFA-dan ağır cəza