Ukraynanın sabiq Prezidenti Viktor Yuşşenko bu yaxınlarda Bakıya səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb.
“BUTA.TV” xəbər verir ki, bu barədə Ukraynanın eks-dövlət başçısı öz sosial şəbəkə hesabında paylaşım edib.
Görüşün son dərəcə səmimi və məzmunlu keçdiyini bildirən Yuşşenko iki ölkə arasındakı dostluq münasibətlərindən söz açıb:
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə şəxsi, müstəsna dərəcədə səmimi və məzmunlu görüş keçirməkdən böyük məmnunluq duyduq. Ukraynanın Azərbaycandakı səfiri Yuriy Husevin də iştirakı ilə xalqlarımız üçün iki həqiqi dost və etibarlı tərəfdaşın dialoqunu gerçəkləşdirdik.
Yeni ingilis səfir Prezidentin qəbulunda azərbaycanca danışdı - Fotolar
Mənim üçün bu dostluğun tarixi hələ 1989-cu ildə Naxçıvanda – Heydər Əliyevlə tanışlıq və dostluq münasibətlərindən başlayıb. Prezident İlham Əliyevlə isə bizi 20 ildən artıq şəxsi dostluq və Ukrayna ilə Azərbaycan arasında əlaqələrin möhkəmlənməsi naminə birgə fəaliyyət birləşdirir.
Bu fəaliyyətin mühüm nəticələrindən biri dövlətlərimiz arasında strateji tərəfdaşlığın rəsmi olaraq təsbit edilməsi oldu. 22 may 2008-ci ildə Prezident İlham Əliyevin Kiyevə rəsmi səfəri zamanı Ukrayna ilə Azərbaycan Respublikası arasında Dostluq və Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzaladıq. Bu sənəd ikitərəfli münasibətlərimizin strateji xarakterini müəyyənləşdirdi və onların gələcək inkişafı üçün möhkəm təməl qoydu.
İndiki görüş zamanı ölkələrimizin bu günü və gələcəyi, ikitərəfli əməkdaşlığın inkişafı və komandalarımızın hazırlıq işlərini davam etdirəcəyi konkret layihələr barədə danışdıq.
Ukraynaya ardıcıl dəstəyə, humanitar yardıma, ukraynalı uşaqlara göstərilən qayğıya, eləcə də dövlətimizin suverenliyi və ərazi bütövlüyünə dəyişməz hörmətə görə Prezident İlham Əliyevə və Azərbaycan xalqına xüsusilə minnətdaram.
Səfərin təşkilinə, peşəkar fəaliyyətinə və Ukrayna-Azərbaycan münasibətlərinin inkişafına verdiyi mühüm töhfəyə görə Səfir Yuriy Husevə və Ukraynanın Azərbaycandakı Səfirliyinin bütün komandasına səmimi təşəkkürümü bildirirəm.
Dostluğumuzu yüksək qiymətləndirirəm və əminəm ki, Ukrayna ilə Azərbaycan arasında strateji tərəfdaşlıq, qarşılıqlı etimad və hörmət bundan sonra da vacib birgə işlərdə öz əksini tapacaq”.



- MİDA güzəştli ipoteka krediti - Expressbankda
- Viktor Yuşşenko İlham Əliyevə təşəkkür etdi - Fotolar
- Vüsal Nəsirli onu özünə müşavir təyin etdi
- Azərbaycanda bəzi qurumlara kiberhücum cəhdləri olub
- Bakının 30 yol sahəsində təmir işləri yekunlaşdırıldı
- Müəllimlərin işə qəbulu ilə bağlı nəticələr açıqlandı
- AAYDA sədri onu özünə müşavir təyin etdi - Foto
- Sabah çimərliyə getmək istəyənlərin nəzərinə!