Azərbaycanda 1 milyondan çox, yaxud 39 faiz ev təsərrüfatı genişzolaqlı internetlə təmin olunub.
BUTA.TV xəbər verir ki, bunu "Aztelekom" MMC-nin baş direktoru Elçin Niyazov "GSMA Mobile 360 Eurasia 2023" mövzusunda tədbirdə deyib.
"Genişzolaqlı şəbəkə ilə məlumat ötürmə göstəricisinin sürətini 2024-cü ilin sonunadək 25 Mbit/san-dək çatdırmağı hədəfləyirik. "Onlayn Azərbaycan" proqramı qəbul edilənədək genişzolaqlı internetlə əhatə olunma göstəricisi 10 faizdən az idi, orta sürət isə qənaətbəxş deyildi", - o deyib.
E.Niyazov internetlə əhatə olunan ev təsərrüfatlarının sayının hər ay artdığını bildirib.
- 4SİM və “Azərsun Holdinq” arasında əməkdaşlıq müzakirə olundu
- Qanunsuz çıxarılmış 63 nəfər əvvəlki işlərinə bərpa etdirildi
- Sabah yağış yağacaq
- Sabiq rəis məhkəmə zalından azadlığa buraxıldı
- "Rənc Rover" ağır qəzaya uğradı: ölənlər var - Foto
- Xırdalandakı qətlə görə 2 nəfər saxlanıldı - Foto
- 14 yaşlı oğlan ov tüfəngindən açılan atəşdən öldü
- Təyyarə göyərtəsində POS ödəniş imkanı istifadəyə verildi