Qərblə flört etmək, Rusiyanı təhlükə saymaq, AB-dən Ermənistana müşahidəçilər gətirmək, amma eyni zamanda Rusiyadan da silah gözləmək nə dərəcədə normaldır?
BUTA.TV xəbər verir ki, bu sözləri Ermənistan Respublikaçılar Partiyasının idarə heyətinin üzvü Eduard Şarmazanov Rusiyanın pulunu alsa da, Ermənistana silah tədarük etmədiyi haqda rəsmi açıqlamaları şərh edərkən deyib.
“Paşinyan rejimi Ermənistan və Rusiyanın dövlət maraqlarına qarşı türk-Soros antitəbliğatını davam etdirir. İndi xarici işlər nazirinin müavininə daha bir antirusiya dozası təqdim etmək və Rusiya silahlarının hələ Ermənistana çatmadığını söyləmək səlahiyyəti verilib. Birincisi, KTMT sammitində hərbi-texniki yardım almaq məsələsini rədd etməklə Rusiya silahlarından imtina edən Nikol idi. Həmin Nikol hərbi texnikaya dəstək də daxil olmaqla, KTMT təlimlərindən imtina etdi. Üstəlik, Nikol Rusiyanın hərbi mövcudluğunu təhlükə adlandırıb. Başa düşmürəm, onlar dəli olublar? Onlar Rusiyanı təhlükə hesab edir, AB-dən müşahidəçilər çağırır, Qərblə birlikdə Rusiyanı regiondan çıxarmaq istəyirlər və hələ də Rusiya silahlarının tədarükünü gözləyirlər. Bizə nə üçün silah versinlər? Sonda Əliyevə təslim edək ki, Bakıda paradda göstərsin?
İndi desəm, yenə deyəcəklər ki, keçmişi xatırladıram, amma həmin Rusiya əvvəllər bizə 50 min ton silah-sursatı pulsuz verib, “İsgəndər”ləri münasib qiymətə satıb”, - o bildirib.
- İki ölkənin kəşfiyyat rəhbəri Bakıda… – Misilsiz hadisədir
- Müharibə olsa, ermənilərin 22%-i xaricə qaçacaq - Sorğu
- Gədəbəydə mərkəzi stadionu şumlayıblar? - Açıqlama
- Türkiyə yerləşdiyi coğrafiyanın sahibidir - Ərdoğan
- Zəngəzuru açmaq haqda kim düşünürsə... - Müvəhhedian
- İlham Əliyev Antaylada mühüm tədbirdə iştirak edir
- Köçəryan kombinatda dəzgahları yağlayırdı… - Xankəndi sakini
- Pezeşkianın Bakıya səfərində bu saziş imzalanacaq