Ermənistan KTMT missiyasının yerləşdirilməsindən faydalanacaq və daha stabil vəziyyətə düşəcəkdi.
BUTA.TV xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
“Biz (2022-ci ilin yanvarında Qazaxıstanda olduğu kimi - red.) KTMT üzvü Ermənistana kömək etməyə hazır idik. 2022-ci ilin payızında təşkilatın İrəvanda keçirilən sammitində erməni müttəfiqlərimizin müraciətinə uyğun olaraq KTMT-nin müşahidəçi missiyasının Ermənistan ərazisində yerləşdirilməsinə dair sənəd hazırlanıb. Sənəd xarici işlər nazirləri səviyyəsində tam razılaşdırılıb. Sonra son anda sammitin özündə erməni dostlar onun qəbulunu təxirə salmağı xahiş etdilər. İndiyə qədər o, kağız şəklində qalır və reallaşa bilmir. Əgər İrəvan artıq razılaşdırılmış sənədi təsdiqləsəyib, imzalasaydı və sənəd qüvvəyə minsəydi, əminəm ki, Ermənistan bu qərardan faydalanıb daha sabit vəziyyətə düşəcəkdi”, - o bildirib.
- Sabahın hava proqnozu açıqlandı
- Bakıda magistralla qaçan cins atlar kimindir? - Video
- Atasını itirən Messiyə təsirli jest - Fotolar
- Türkiyədən İslandiyaya tarixi təyinat - İlk o oldu
- Kanalda batan Aminin meyiti tapıldı
- Bu, sülhün zəngidir
- Baş nazirin ayaqları “itdi” - Sosial şəbəkələrdə lağa qoyuldu
- “Təlimdə idim, gəlib gördüm ki, evimi vurub dağıdırlar” - Video