Nikolun “qaçırılan” oğlu maşından tullanır... – Video

11:20 - 18 May 2023 - CƏMİYYƏT

 Nikolun “qaçırılan” oğlu maşından tullanır... – Video

Ermənistanın Baş nazirinin oğlu Aşot Paşinyanla bağlı insident geniş əks-səda doğurub. Hadisə ilə bağlı cinayət işi açılıb, 44 günlük müharibədə ölən erməni hərbçilərin dörd valideyni Nikol Paşinyanın oğlunu qaçırmaqda şübhəli bilinərək saxlanılıb.

BUTA.TV xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Məlumata görə, sensasiyalı iş üzrə video-sübutlar hər iki tərəfdən - həm təqsirləndirilən valideynlərin vəkili, həm də Paşinyan ailəsi - vasitəsilə tirajlanıb.

Birinci müşahidə kameralarından kəsilmiş videonu Baş nazirin arvadı Anna Akopyanın baş redaktoru olan “Haykakan Jamanak” qəzeti yayıb. Nəşr iddia edir ki, Paşinyanın oğlu qaçmağa çalışaraq maşından tullanmağa məcbur olub.

Bir müddət sonra həbsdə olan valideynlərin vəkili Vaan Ovhannisyan da video yayımlayıb. Kadrlarda əsgər analarının Aşot Paşinyanı söhbətə necə dəvət etdiyi və onun könüllü olaraq maşına tərəf getdiyi görünür.

Hazırda insidentlə bağlı standart prosedurlar həyata keçirilir, bütün valideynlər oğurluq versiyasını təkzib edirlər.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol