Ukrayna Rusiya tərəfindən işğal olunmuş əraziləri geri alacaq, lakin yaxın gələcəkdə yox.
BUTA.TV xəbər verir ki, bu barədə ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Mark Milli deyib.
"Bütün müharibələr gec-tez sona çatır: bu və ya digər tərəfin qalib gəlməsi və ya danışıqlar yolu ilə həllə nail olmaq şərti ilə dayanırlar. Bu müharibədə Rusiya hərbi baxımdan qalib gəlməyəcək", - Milli vurğulayıb.
General xatırladıb ki, ilkin olaraq rusların strateji məqsədləri arasında Ukrayna ərazisinin zəbt edilməsi, Vladimir Zelenski hökumətinin devrilməsi, Kiyevin tutulması olub, lakin bir ildən çox vaxt keçib və Rusiya Prezidenti Vladimir Putin hədəfləri dəyişib, yalnız Luqansk və Donetsk vilayətlərini tamamilə ələ keçirməyi hədəfləyir.
"Rusiyanın qarşıya qoyduğu strateji hədəflər hərbi baxımdan əlçatmazdır. Bu, həyata keçməyəcək", - Milli bildirib.
- Bakıda magistralla qaçan cins atlar kimindir? - Video
- Atasını itirən Messiyə təsirli jest - Fotolar
- Türkiyədən İslandiyaya tarixi təyinat - İlk o oldu
- Kanalda batan Aminin meyiti tapıldı
- Bu, sülhün zəngidir
- Baş nazirin ayaqları “itdi” - Sosial şəbəkələrdə lağa qoyuldu
- “Təlimdə idim, gəlib gördüm ki, evimi vurub dağıdırlar” - Video
- Prezident Trampa məktub ünvanladı