Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan BUTA.TV-a verilən məlumata görə, əldə edilən əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı Oğuz şəhər sakini, əvvəllər də məhkum olunmuş Əsgər İsmayılov şübhəli şəxs qismində saxlanılıb.
Rayon ərazisində meşəlik əraziyə baxış keçirilən zaman oradan Ə.İsmayılovun becərdiyi çətənə bitkiləri aşkar edilərək götürülüb. Saxlanılan şəxs ifadəsinə narkotik tərkibli bitkiləri bir müddət əvvəl becərdiyini və aqrotexniki qulluq göstərdiyini etiraf edib.
Faktla bağlı cinayət işi başlanılıb, zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
- Mərdəkanda 16 yaşlı oğlan dənizdə batdı
- Müəllimlərin geyimi ilə bağlı qanun qəbul edildi
- Hava Yollarının bu proqamına müraciətlər 4 dəfə artdı
- Bağçalara elektron qəbul başladı
- Milli Məclisin iclası başladı
- Boşanmadan da aliment ala bilərsiniz...
- Bakıda ağır qəza: avtomobil iki hissəyə bölündü - Video
- Vəzifəli şəxsin işi məhkəmədə: Pul alıb əsgərlikdən saxlayırmış