Kosovonun şimalında baş verən toqquşmalar zamanı zorakılığı və NATO-nun sülhməramlı qüvvələri KFOR-a hücumları pisləyirik.
BUTA.TV xəbər verir ki, bu barədə NATO-nun bəyanatında deyilir.
"NATO Kosovonun şimalında KFOR hərbçilərinə qarşı səbəbsiz hücumları qətiyyətlə pisləyir. Hücum nəticədə onlardan bir neçəsi yaralanıb. Bu cür hücumlar qətiyyən yolverilməzdir. Zorakılıq dərhal dayandırılmalıdır", - bəyanatda deyilir.
NATO bütün tərəfləri gərginliyi daha da artıran hərəkətlərdən çəkinməyə və dialoqa çağırıb.
Qeyd edək ki, Kosovonun şimalında toqquşmalar zamanı serblərlə yanaşı, KFOR sülhməramlılardan da yaralananlar olub.
- Su ilə bağlı vacib suallara aydınlıq gətirildi
- Buna görə cərimələr müəyyənləşir
- Sabah intensiv yağış yağacaq
- Tiflisə qatarla getmək istəyənlərə şad xəbər
- Növbəti köç karvanı Xocavənd şəhərinə çatdı
- Tbilisi qatarlarında sərnişin tutumu artırılır - Biletlər satışdadır
- Zəngilanda növbəti əmək yarmarkası: 80-dən çox vakansiya...
- Pensiyalar nə vaxt veriləcək?