Berlin Kosovanın şimalında baş verən toqquşmaları pisləyir və gərginliyi azaltmağa çağırıb.
BUTA.TV xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.
"Biz bütün zorakılıqları və gərginliyi artıran istənilən hərəkəti dərhal dayandırmağa çağırırıq. İndi gərginliyin azaldılmasına təcili ehtiyac var. Biz Kosova və Serbiyanı bu məqsədlə daha çox gecikmədən danışıqlara başlamağa çağırırıq", - Almaniya XİN vurğulayıb.
Qeyd edək ki, ötən gün Kosovanın şimalında etiraz edən serblərlə təhlükəsizlik qüvvələri arasında toqquşmalar baş verib. Nəticədə xeyli sayda həm mülki, həm də NATO hərbçisi yaralanıb.
- Mərdəkanda 16 yaşlı oğlan dənizdə batdı
- Müəllimlərin geyimi ilə bağlı qanun qəbul edildi
- Hava Yollarının bu proqamına müraciətlər 4 dəfə artdı
- Bağçalara elektron qəbul başladı
- Milli Məclisin iclası başladı
- Boşanmadan da aliment ala bilərsiniz...
- Bakıda ağır qəza: avtomobil iki hissəyə bölündü - Video
- Vəzifəli şəxsin işi məhkəmədə: Pul alıb əsgərlikdən saxlayırmış