Gənclər və İdman Nazirliyi beynəlxalq münasibətlər və diplomatiya sahəsində bilik və bacarıqlarını təkmilləşdirmək istəyən gənclərə müraciət edib.
BUTA.TV xəbər verir ki, Gənclər və İdman Nazirliyinin dəstəyi və Qoşulmama Hərəkatı Gənclər Təşkilatının təşkilatçılığı ilə "Qoşulmama Hərəkatı İlk Yay Məktəbi"nə müraciətlər açıq elan edilib.
“İyunun 12-dən 17-dək Şəki Olimpiya İdman Kompleksində keçiriləcək yay məktəbində gənclər müxtəlif təlim, seminar, vorkşop, panel görüşlərdə iştirak edərək Qoşulmama Hərəkatının tarixi, dəyər və prinsipləri, hərəkatın gündəliyində olan aktual məsələlərlə bağlı məlumat əldə edəcək və beynəlxalq arenalarda QH ölkələrini təmsil etmək üçün zəruri diplomatik bilik və bacarıqlara yiyələnəcəklər. Layihədə iştirak etmək istəyirsinizsə, qeydiyyatdan keçməyə tələsin”, - müraciətdə qeyd olunub.
- Su ilə bağlı vacib suallara aydınlıq gətirildi
- Buna görə cərimələr müəyyənləşir
- Sabah intensiv yağış yağacaq
- Tiflisə qatarla getmək istəyənlərə şad xəbər
- Növbəti köç karvanı Xocavənd şəhərinə çatdı
- Tbilisi qatarlarında sərnişin tutumu artırılır - Biletlər satışdadır
- Zəngilanda növbəti əmək yarmarkası: 80-dən çox vakansiya...
- Pensiyalar nə vaxt veriləcək?