Ermənistan Baş naziri Nikol Paşinyan ölkə Prezidenti Vaaqn Xaçatryanla görüşüb.
BUTA.TV xəbər verir ki, görüşdə Xaçatryan regionda sülh üçün Paşinyanın apardığı siyasəti dəstəklədiyini bildirib.
O deyib ki, Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanımasını açıq mətnlə elan etməsi çox mühüm bəyanatdır:
“Düşünürəm ki, qonşumuz da bunu anlamalı və Ermənistan hökumətinin atdığı addımları yüksək qiymətləndirməlidir. Sizi bir daha əmin etmək istəyirəm ki, öz imkanlarım çərçivəsində regionda sülhün bərqərar olmasına yönəlmiş bütün proqramları dəstəkləyirəm və bundan sonra da dəstəkləyəcəyəm”.
Paşinyan bu dəstəyə görə təşəkkür edib, buna baxmayaraq, Azərbaycanın “Brüssel razılaşmalarından sonra verdiyi bəyanatların suallar doğurduğunu” iddia edib:
“Hesab edirəm ki, bu suallara aydın cavab tapmağa çalışmalıyıq. Bu, əldə edilən razılaşmaların rədd edilib-edilməməsi ilə bağlıdır”.
- Mərdəkanda 16 yaşlı oğlan dənizdə batdı
- Müəllimlərin geyimi ilə bağlı qanun qəbul edildi
- Hava Yollarının bu proqamına müraciətlər 4 dəfə artdı
- Bağçalara elektron qəbul başladı
- Milli Məclisin iclası başladı
- Boşanmadan da aliment ala bilərsiniz...
- Bakıda ağır qəza: avtomobil iki hissəyə bölündü - Video
- Vəzifəli şəxsin işi məhkəmədə: Pul alıb əsgərlikdən saxlayırmış