Rusiyanın paytaxtı Moskvaya PUA-larla hücum edilib.
BUTA.TV xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin özünün Teleqram kanalında bildirib.
“Mayın 30-da səhər saatlarında PUA hücumu nəticəsində şəhərdə bir neçə binaya cüzi ziyan dəysə də, can itkisi qeydə alınmayıb”, - mer bildirib.
O vurğulayıb ki, şəhərin bütün fövqəladə hallar xidmətləri ərazidədir və hadisənin başvermə şəraitini müəyyənləşdirir.
Bundan əlavə, Baza Teleqram kanalı yazıb ki, Moskva yaxınlığındakı Odintsovo sakinləri partlayış səsləri barədə məlumat verirlər. Leninski prospektindəki binanın xüsusi təyinatlılar tərəfindən mühasirəyə alındığı, istehkamçıların ərazidə işlədiyi bildirilib.
- Su ilə bağlı vacib suallara aydınlıq gətirildi
- Buna görə cərimələr müəyyənləşir
- Sabah intensiv yağış yağacaq
- Tiflisə qatarla getmək istəyənlərə şad xəbər
- Növbəti köç karvanı Xocavənd şəhərinə çatdı
- Tbilisi qatarlarında sərnişin tutumu artırılır - Biletlər satışdadır
- Zəngilanda növbəti əmək yarmarkası: 80-dən çox vakansiya...
- Pensiyalar nə vaxt veriləcək?