Qondarma rejimin “təhlükəsizlik şurasının keçmiş katibi” Samvel Babayanın komandasında dava düşüb.
BUTA.TV xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.
Məlumata görə, hadisə mayın 28-də baş verib. Separatçıların keçmiş “deputat”ı Ayk Xanumyan Babayanın komandasında olan bir nəfər haqqında “Bu küçük də bizim komandamızdadır?” nalayiq fikirlərlər səsləndirib. Buna görə də Babayanın komandasından olan bir nəfər Xanumyandan bu sözlərinə görə cavab verməsini tələb edib. Tərəflər Xankəndidə polis idarəsinin binasının qarşısına toplaşıblar. Toplaşanlardan biri tapança ilə havaya atəş də açıb.
Tərəflər barəsində cinayət işi açılıb. Saxlanılanların olduğu bildirilir.
Qeyd edək ki, Samvel Babayanın komandasında bu cür davalar tez-tez baş verir, hətta onların arasında həbs olunanlar var. Bir müddət öncə onun komandasında olan keçmiş “deputat” Seyran Ayrapetyan bıçaqlanmışdı.
- İlham Əliyevin G20 sammitinə dəvət olunması... - Deputat
- Daha 30 ukraynalı uşaq ölkəmizə gətirildi
- Bu "arıqlama" məhsullarında təhlükəli maddə aşkarlandı
- “Slimlux” və başqa arıqlama məhsullarında təhlükəli maddə - Psixikanı poza bilər+Fotolar
- BTQ bu seçkilərin nəticələrinə görə görüş təşkil etdi
- Trampın Ankarada təhlükəsizliyi üçün bu tədbirlər görüldü - Fotolar
- Başçının müavini idi, I müavin oldu
- Oğuzda buğda yüklü TIR yandı