FHN-in “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-dən BUTA.TV-a bildirilib ki, məlumat daxil olduqdan dərhal sonra Nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri hadisə yerinə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının onaltımərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən mənzilin mətbəxində başladığı müəyən edilib.
Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 57m² olan ikiotaqlı mənzilin mətbəxində paltaryuyan maşın və mətbəx mebeli qismən yanıb.
Yanğının digər otaqlara keçməsinin qarşısı alınıb, mənizilin böyük hissəsi yanğından mühafizə olunub.
Hadisə zamanı mənzildə olan bir nəfər şəxs xilasedicilər tərəfindən xilas edilərək ilkin yardım göstərilib və təcili tibbi yardım briqadasına təhvil verilib.
- İlham Əliyevin G20 sammitinə dəvət olunması... - Deputat
- Daha 30 ukraynalı uşaq ölkəmizə gətirildi
- Bu "arıqlama" məhsullarında təhlükəli maddə aşkarlandı
- “Slimlux” və başqa arıqlama məhsullarında təhlükəli maddə - Psixikanı poza bilər+Fotolar
- BTQ bu seçkilərin nəticələrinə görə görüş təşkil etdi
- Trampın Ankarada təhlükəsizliyi üçün bu tədbirlər görüldü - Fotolar
- Başçının müavini idi, I müavin oldu
- Oğuzda buğda yüklü TIR yandı