Gürcüstan Azərbaycanla strateji tərəfdaşlığı daha da dərinləşdirməyə xüsusi önəm verir.
BUTA.TV xəbər verir ki, bu fikir Gürcüstan Prezidenti Salome Zurabişvilinin Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda yer alıb.
O, Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə Gürcüstan xalqı adından və şəxsən öz adından səmimi təbriklərini çatdırıb:
"Xalqlarımız arasındakı güclü dostluq əlaqələri ortaq tariximizə əsaslanır. 105 il bundan əvvəl hər iki ölkə demək olar ki, eyni zamanda öz müstəqilliklərini elan etmişdir. O zamandan etibarən bizim mehriban qonşuluq, qardaşlıq münasibətlərimiz davamlı şəkildə güclənərək, dövlətlərimiz arasında möhkəm strateji tərəfdaşlıq mərhələsinə qədəm qoymuşdur. Bu gün Gürcüstan Azərbaycan Respublikası ilə strateji tərəfdaşlığı daha da dərinləşdirməyə və möhkəmləndirməyə xüsusi önəm verir. Zati-aliləri, Sizə dərin hörmətimi bir daha bildirir, fəaliyyətinizdə uğurlar diləyir, dost Azərbaycan xalqına isə sülh, cansağlığı və firavanlıq arzu edirəm".
- Hərbi vəzifəlilərlə təlim toplanışı keçirildi - Video
- Hüquq müdafiəçisi: Türkiyənin Gültəkini Azərbaycana verməsi...
- Bakının tələbini qəbul etməyə məcbur olduq - Badalyan
- AXCP və “Müsavat”da vicdanlı, aldanmış şəxslər var...
- Azərbaycan o səhifəni tamamilə bağlayıb...
- Bakı Moskvadan AZAL təyyarəsi ilə bağlı suallarına cavab alıb
- Hikmət Hacıyevdən Zəngəzur dəhlizi ilə bağlı açıqlama
- Minsk prosesinin bağlanması başa çatdırıldı