Lukaşenkonun səhhəti sürətlə pisləşir və buna görə hökumətin daxilində hakimiyyət tranziti ətrafında ciddi müzakirələr aparılır.
BUTA.TV xəbər verir ki, etibarlı mənbələr dünən Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Bortnikov, Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Narışkin və Təhlükəsizlik Şurasının katibi Patruşevin təcili Belarusa getdiyini bildirir.
Belarusun siyasi elitası prezidentliyə fərqli namizədlər göstərir. Əsas namizədlər isə Baş nazir Roman Qolovçenko, parlamentin sədri Natalya Koçanova, sabiq Baş nazir Viktor Myasnikoviç və Belarusun Təhlükəsizlik Şurasının sabiq rəhbəri, KTMT-nin sabiq Baş katibi Stanislav Zasdır.
Belarusun Çinlə yaxın əlaqələrini nəzərə alaraq, bu məsələdə rəsmi Pekinin mövqeyinin də böyük əhəmiyyət daşıdığını iddia edənlər Aleksandr Lukaşenkonun oğlu Viktor Lukaşenkonun Pekinə yollanmasını bununla əlaqələndiriblər.
Rusiya isə planlaşdırılan prezident dəyişikliyi zamanı ölkədə qeyri-sabitliyin yaranmasından qorxur və prosesin maksimum dərəcədə təhlükəsiz keçməsini təmin etmək istəyir. Qərb də öz növbəsində prosesə müdaxilə üçün bütün imkanlardan istifadə etməyə çalışacaq.
- Elçibəy Əli Kərimli ilə bağlı bunu xahiş etmişdi
- Əli Kərimli buna görə həbs edildi - Əli İnsanov
- Bakıda gündəm olan bu maşın kimindir? - Foto
- Rusiyada Vidadi Mustafayev saxlanıldı
- Dəhlizlə bağlı dəyişiklik edilə bilər - Xandanyan
- Azərbaycan Ordusunun sabiq xidmət rəisinin cəzası bəlli oldu
- Hərbi vəzifəlilərlə təlim toplanışı keçirildi - Video
- Hüquq müdafiəçisi: Türkiyənin Gültəkini Azərbaycana verməsi...