Azərbaycan Prezidenti İlham Əliyevə Olimpiya Evi Mükafatı təqdim olunub.
BUTA.TV xəbər verir ki, mükafatı iyunun 3-də Bakıda Beynəlxalq Olimpiya Komitəsinin Prezidenti Tomas Bax təqdim edib.
Mükafat dünyanın ən dayanıqlı binalarından biri olan Beynəlxalq Olimpiya Komitəsinin Lozannadakı yeni baş qərargahını əks etdirir.
Göyərçin formasında, dam örtüyündə günəş panelləri olan bina Beynəlxalq Olimpiya Komitəsinin dayanıqlılıq və sülhə sadiqliyini tərənnüm edir.
Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 3-də Beynəlxalq Olimpiya Komitəsinin Prezidenti Tomas Baxı qəbul edib.
- Elçibəy Əli Kərimli ilə bağlı bunu xahiş etmişdi
- Əli Kərimli buna görə həbs edildi - Əli İnsanov
- Bakıda gündəm olan bu maşın kimindir? - Foto
- Rusiyada Vidadi Mustafayev saxlanıldı
- Dəhlizlə bağlı dəyişiklik edilə bilər - Xandanyan
- Azərbaycan Ordusunun sabiq xidmət rəisinin cəzası bəlli oldu
- Hərbi vəzifəlilərlə təlim toplanışı keçirildi - Video
- Hüquq müdafiəçisi: Türkiyənin Gültəkini Azərbaycana verməsi...