Yeni kabinetdə vəzifə almayan məşhurlar

00:42 - 4 İyun 2023 - GÜNDƏM

 Yeni kabinetdə vəzifə almayan məşhurlar

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin yeni tərkibini elan edib.

BUTA.TV xəbər verir ki, yeni tərkibdə səhiyyə naziri Fəxrəddin Qoca istisna olmaqla, bütün nazirlərin dəyişdiyi üzə çıxıb.

Beləliklə, Azərbaycanda da çox sevilən XİN başçısı Mövlud Çavuşoğlu, müdafiə naziri Hulusi Akar, daxili işlər naziri Süleyman Soylu, ədliyyə naziri Bəkir Bozdağ, vitse-prezident Fuad Oqtay vəzifə almayıblar.

14 may parlament seçkilərində M.Çavuşoğlu Antalyadan, Hulusi Akar Kayseridən, Fuad Oqtay Ankaradan, Bəkir Bozdağ Şanlıurfadan, Süleyman Soylu İstanbuldan millət vəkili seçiliblər. Bu şəxslər AKP millət vəkili kimi fəaliyyətlərini davam etdirəcəklər.

Qeyd edək ki, yeni kabinetdə xarici işlər naziri Hakan Fidan, müdafiə naziri Yaşar Gülər, daxili işlər naziri Əli Yerliqaya, vitse-prezident Cövdət Yılmaz, ədliyyə naziri Yılmaz Tunç təyin edilib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol