Qırğızıstanda dövlət çevrilişi hazırlamaqda şübhəli bilinən şəxslərin həbsi ilə bağlı detallar məlum olub.
BUTA.TV xəbər verir ki, bu barədə Qırğızıstan mediasında məlumat yayılıb.
“Qırğızıstan hüquq-mühafizə orqanları dövlət çevrilişində şübhəli bilinən 30-dan çox şəxsi saxlayıb. Onlar kütləvi iğtişaşlar və hakimiyyətin sonradan zorakılıqla ələ keçirilməsi məqsədilə itaətsizlik aksiyaları təşkil etməyi planlaşdırıblar. Əsas təşkilatçı isə “Eldik Keneş” (Xalq Şurası) siyasi partiyasının sədri, hökumətin sosial şöbəsinin keçmiş rəhbəri Roza Nurmatovadır. Çevriliş təşkilatçıları il ərzində öz sıralarına ölkə üzrə ən narazı vətəndaşları cəlb etmək istiqamətində məqsədyönlü iş aparıb. Roza Nurmatovanın rəhbərliyi altında hakimiyyətin zorakılıqla ələ keçirilməsi, dövlət strukturlarına qarşı çıxacaq şəxsləri toplamaq məqsədi ilə mütəmadi olaraq gizli görüşlər keçirilib”, - məlumatda deyilir.
Qeyd olunur ki, dövlət çevrilişi məqsədilə xarici mənbələrdən xeyli vəsaitin daxil olacağı gözlənilirdi:
“Onlar hansısa hadisə ilə bağlı cəmiyyətdə narazılıq yaranandan dərhal sonra cinayətkar planlarının həyata keçirilməsinin aktiv fazasına başlamaq niyyətində olublar”.
Qeyd edək ki, Qırğızıstan hüquq-mühafizə orqanları ötən gün çevrilişə hazırlıq görən qrupu həbs etdiyini açıqlamışdı.
- Hamıdan axırda o gəldi - Video
- DÇ-də 1/4 final cütləri bəlli oldu - Nəhənglərin qarşılaşmaları başlayır
- İsveçrə 72 il sonra 1/4 finalda - Yenilənib
- Bu gün Bakının dörd rayonunda qaz olmayacaq
- Makron əlini öpmək istədi - Əminə Ərdoğan geri çəkildi+Video
- Bəzi ərazilərdə işıq olmayacaq
- Ən yaxşı məktəblər açıqlandı
- Biri sevincdən, digəri kədərdən... - Fotolar