Bu rayonlarda 3 gün qaz olmayacaq

12:46 - 6 İyun 2023 - GÜNDƏM

 Bu rayonlarda 3 gün qaz olmayacaq

2023-cü ilin payız-qış mövsümündə Gürcüstan Respublikasına təbii qazın fasiləsiz ixrac edilməsi, qaz nəql sisteminin dayanıqlı və təhlükəsiz istismarını təmin etmək məqsədilə “Qaz İxrac” İdarəsinə məxsus “Qazıməmməd-Qazax” yüksək təzyiqli qaz kəmərində təmir-bərpa və yenidənqurma işləri aparılacaq.

Azəriqaz İstehsalat Birliyindən BUTA.TV-a verilən məlumata görə, 06.06.2023-cü il tarixində saat 14:00-dan etibarən 08.06.2023-cü il tarixində işlər başa çatanadək “Qarasu” və “Muğan” QPS-lərdən, həmçinin “Gilan Seramik” MMC qaz ölçü qovşağından qaz təchizatı dayandırılacaq.

Məlumata görə, 06-08.06.2023 tarixlərində təmir işləri aparılan müddətdə Sabirabad və Hacıqabul rayonlarının bir hissəsinin, Ağsu rayonunun isə Padarqışlaq kəndinin qaz təchizatında fasilə yaranacaq.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol