İran 1400 kilometr mənzilli “Fəttah” adlı ilk hipersəs ballistik raketini nümayiş etdirib.
BUTA.TV xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.
Məlumata görə, raketin sınağında İran Prezidenti İbrahim Rəisi və SEPAH-ın yüksək rütbəli komandirləri iştirak ediblər. İranın “Fəttah” adlı ilk hipersəs ballistik raketinin hazırlanması barədə məlumat 2022-ci ilin payızında məlum olub.
SEPAH komandiri Əmir Əli Hacızadə bildirib ki, onların ilk hipersəs raketi bütün raket əleyhinə müdafiə sistemlərindən yayınacaq və onilliklər ərzində bu silahlara tab gətirə biləcək texnologiyaların meydana çıxması ehtimalı azdır:
“Bu raket düşmənin raket əleyhinə sistemlərini məhv etmək üçün həll yoludur, o, səs sürətindən beş dəfə sürətlə hərəkət edə bilir”.
Qeyd edək ki, Əmir Əli Hacızadə yeni hipersəs raketin sınaq anonsunu vermişdi.
- Hamıdan axırda o gəldi - Video
- DÇ-də 1/4 final cütləri bəlli oldu - Nəhənglərin qarşılaşmaları başlayır
- İsveçrə 72 il sonra 1/4 finalda - Yenilənib
- Bu gün Bakının dörd rayonunda qaz olmayacaq
- Makron əlini öpmək istədi - Əminə Ərdoğan geri çəkildi+Video
- Bəzi ərazilərdə işıq olmayacaq
- Ən yaxşı məktəblər açıqlandı
- Biri sevincdən, digəri kədərdən... - Fotolar