Rusiyanın Kaxovka SES-i bombalaması dəhşətli müharibə cinayəti və yəqin ki, son onilliklərdə Avropadakı ən böyük texnogen fəlakətdir.
BUTA.TV xəbər verir ki, bu sözləri Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib.
“Rusiyanın Kaxovka bəndini dağıtması ehtimal ki, son onilliklər ərzində Avropada ən böyük texnogen fəlakətə səbəb olub. Minlərlə mülki insanın həyatı təhlükə altındadır. Bu, dəhşətli müharibə cinayətidir. XXI əsrin ən böyük terrorçusu olan Rusiyanı dayandırmağın yeganə yolu onu Ukraynadan qovmaqdır”, - Kuleba qeyd edib.
Qeyd edək ki, Kaxovka SES-in bəndi bu gecə ruslar tərəfindən partladılıb. Su altında qalmaq təhlükəsi ilə üzləşən Dneprin sağ sahilində yaşayan sakinlərin təxliyəsi elan edilib.
- Hamıdan axırda o gəldi - Video
- DÇ-də 1/4 final cütləri bəlli oldu - Nəhənglərin qarşılaşmaları başlayır
- İsveçrə 72 il sonra 1/4 finalda - Yenilənib
- Bu gün Bakının dörd rayonunda qaz olmayacaq
- Makron əlini öpmək istədi - Əminə Ərdoğan geri çəkildi+Video
- Bəzi ərazilərdə işıq olmayacaq
- Ən yaxşı məktəblər açıqlandı
- Biri sevincdən, digəri kədərdən... - Fotolar