Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Rusiya Federasiyasında istehsal edilən “Sidr” və “Mister Sidr” nişanlı alkoqollu içki məhsulları ilə bağlı əhaliyə müraciət edib.
AQTA-dan BUTA.TV-a daxil olan müraciətdə bildirilib ki, kütləvi informasiya vasitələrində yayılan məlumata görə, Rusiyanın Ulyanovsk vilayətində surroqat sidrdən (spirt əvəzedicisi) zəhərlənmə nəticəsində 30 nəfər həyatını itirib:
"Rusiyanın səlahiyyətli orqanları tərəfindən aparılan araşdırma nəticəsində zəhərlənmə hadisəsinə Samara şəhərində istehsal edilən “Mister Sidr” nişanlı alkoqollu içkinin səbəb olduğu aşkarlanıb.
Bəyan edirik ki, Agentlik fəaliyyətə başladığı dövrdən indiyədək adıçəkilən alkoqollu içki məhsulu Azərbaycana idxal edilməyib. Həmçinin ötən dövrdə aparılan nəzarət tədbirləri zamanı ölkə ərazisində həmin məhsulun satışı hallarına rast gəlinməyib. Bununla belə, AQTA Rusiyadan ölkəmizə gələn Azərbaycan vətəndaşlarına və əcnəbi qonaqlara müraciət ünvanlayaraq bildirir ki, “Sidr” və “Mister Sidr” nişanlı alkoqollu içki məhsullarını şəxsi istehlak üçün əl yükündə gətiriblərsə, həmin içkilərin istehlakından imtina etsinlər. Eyni zamanda, bu barədə Agentliyin “1003-Çağrı Mərkəzi”nə məlumat versinlər".
- Gəncləri rayona qaytarmağın yolu... - Ekspert
- Hamıdan axırda o gəldi - Video
- DÇ-də 1/4 final cütləri bəlli oldu - Nəhənglərin qarşılaşmaları başlayır
- İsveçrə 72 il sonra 1/4 finalda - Yenilənib - Video
- Bu gün Bakının dörd rayonunda qaz olmayacaq
- Makron əlini öpmək istədi - Əminə Ərdoğan geri çəkildi+Video
- Bəzi ərazilərdə işıq olmayacaq
- Ən yaxşı məktəblər açıqlandı