Rumıniyanın çox nüfuzlu “Cotidianul” qəzeti ölkənin energetika naziri Vircil Daniel Popeskuya istinadla qeyd edir ki, ölkəsi 2024-cü ildə Azərbaycandan qaz tədarükünü davam etdirmək niyyətindədir.
BUTA.TV-ın məlumatına görə, məqalədə bildirilir ki, 2024-cü ildən sonra təkcə qazın tədarükünə dair yeni müqavilələrin bağlanması deyil, həm də qarşılıqlı maraq doğuran digər potensial layihələr vasitəsilə iki ölkə arasında əməkdaşlığı davam etmək planlaşdırılır.
Qeyd edək ki, 2023-cü il fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi üzrə Məşvərət Şurasının iclası zamanı SOCAR və Rumıniyanın enerji şirkəti “Romgaz S.A.” arasında qaz tədarükü haqqında müqavilə imzalanıb. Müqavilə 2023-cü ildən 2024-cü ilə qədər Azərbaycandan Rumıniyaya 1 milyard kubmetr qazın nəqlini nəzərdə tutur.
- Gəncləri rayona qaytarmağın yolu... - Ekspert
- Hamıdan axırda o gəldi - Video
- DÇ-də 1/4 final cütləri bəlli oldu - Nəhənglərin qarşılaşmaları başlayır
- İsveçrə 72 il sonra 1/4 finalda - Yenilənib - Video
- Bu gün Bakının dörd rayonunda qaz olmayacaq
- Makron əlini öpmək istədi - Əminə Ərdoğan geri çəkildi+Video
- Bəzi ərazilərdə işıq olmayacaq
- Ən yaxşı məktəblər açıqlandı