Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, daxili xidmət general-mayoru Füzuli Əsədov təqaüdə göndərilib.
BUTA.TV xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.
Əmrə əsasən, Füzuli Əsədov xidmətdə olmanın son yaş həddi ilə əlaqədər təqaüdə göndərilib.
Nazirin digər bir əmrli ilə Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi daxili xidmət general-mayor Hikmət Abbasov tutduğu vəzifədən azad edilərək Dövlət Yanğından Mühafizə Xidmətinə rəis təyin edilib.
FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin rəis müavini, polkovnik Aqşin Kazımov isə Dövlət Yanğın Nəzarəti Xidmətinə rəis təyin edilib.
- Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində yeni təyinat
- Bu şəxslərin maaşlarında artım oldu
- Bu, müharibədən, böhrandan, təhdiddən daha dağıdıcı olur
- İrəvanla gündəlikdə olan əsas prioritet... - Hacıyev
- Azərbaycan aldadıcı hava hücumu həmləsi etdi - CNN
- Heç kim yaşamaq istədiyi həyatı yaşamır
- ABŞ-la danışıqlardan sonra sülh planı yaxşı görünür - Zelenski
- Əli Kərimlidən sonra növbə kimindir?