Rus ordusu Xarkovda ammonyak kəmərini vurdu

23:44 - 6 İyun 2023 - GÜNDƏM

 Rus ordusu Xarkovda ammonyak kəmərini vurdu

Rusiya ordusu Xarkov vilayətinin Kupyanski rayonunda ammonyak boru kəmərini ikinci dəfə atəşə tutub.

BUTA.TV xəbər verir ki, bu barədə Xarkov vilayətinin rəhbəri Oleq Sinequbov məlumat verib.

"Rusiya terrorçuları Kupyanski rayonunda ammonyak boru kəmərini ikinci dəfə atəşə tutublar. Masyutovka kəndi yaxınlığındakı nasos stansiyasının ərazisinə ümumilikdə 6 zərbə qeydə alınıb", - o bildirib.

Onun sözlərinə görə, indiyədək havada ammonyak aşkar edilməyib. O, vəziyyətin nəzarət altında olduğunu qeyd edib.

Bu xəbər hal-hazırda çox oxunur
Putin yalan danışır, əslində isə... - Tramp

Qeyd edək ki, bu gecə ruslar Kaxovka SES-in bəndini partladıblar.

Bölgədəki yaşayış məntəqələri üçün subasma təhlükəsi yaranıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol