Bir az əvvəl “Andranik” metrostansiyasında bir nəfər Aşot Paşinyana (Ermənistan Baş naziri Nikol Paşinyanın oğlu – red.) şillə vurub. Növbəti stansiyada polis vətəndaşı naməlum istiqamətə aparıb.
BUTA.TV erməni mediasına istinadla xəbər verir ki, bu barədə Qagik Asatryan Feysbuk səhifəsində yazıb.
“Şahidlərin bildirdiyinə görə, vətəndaş Aşota “Atana salam verərsən” deyib, daha sonra ona şillə vurub. Aşotik iki qızla birlikdə olub”, - o yazıb.
Hüquq müdafiəçisi Ruben Melikyan isə yazıb ki, məlumat təsdiqlənsə, vətəndaşı tək buraxmaq olmaz:
“Ola bilər ki, onu Erebuni şöbəsinə aparılıblar”.
Qeyd edək ki, bir müddət əvvəl müharibədə ölən əsgər anası Aşot Paşinyanı oğurlamağa cəhddə şübhəli bilinərək saxlanılmışdı. Hazırda istintaq gedir.
- Gəncləri rayona qaytarmağın yolu... - Ekspert
- Hamıdan axırda o gəldi - Video
- DÇ-də 1/4 final cütləri bəlli oldu - Nəhənglərin qarşılaşmaları başlayır
- İsveçrə 72 il sonra 1/4 finalda - Yenilənib - Video
- Bu gün Bakının dörd rayonunda qaz olmayacaq
- Makron əlini öpmək istədi - Əminə Ərdoğan geri çəkildi+Video
- Bəzi ərazilərdə işıq olmayacaq
- Ən yaxşı məktəblər açıqlandı