Moskvada keçirilən nəqliyyat kommunikasiyalarının açılması üzrə üçtərəfli komissiyanın iclasında nəzərəçarpacaq irəliləyiş əldə olunub.
BUTA.TV xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Soçidə rusiyalı həmkarı Mixail Mişustinlə görüşündə deyib.
“Mən bir daha Ermənistanın bu nəqliyyat kommunikasiyalarının keçdiyi ölkələrin suverenliyi və yurisdiksiyası prinsipləri çərçivəsində regional iqtisadi və nəqliyyat kommunikasiyalarını açmağa hazır olduğunu bildirmək istəyirəm. Bu, üçtərəfli bəyanatın 9-cu müddəasında göstərilən kommunikasiyalara aiddir. Ümid edirəm ki, biz konkret həll yolları tapa biləcəyik”, - o qeyd edib.
N.Paşinyanın sözlərinə görə, Ermənistan tərəfi konkret təkliflər verib və o, onların qəbul ediləcəyinə ümid edir:
“Prinsipcə, bu, bizim təkliflərimiz deyil, bunlar son iki il ərzində işlədiyimiz kompromis həllərdir”.
- Bakıda çimərliyə neft sızdı - "Azneft"dən açıqlama
- ABŞ blokadası bitdi - İlk konteyner gəmisi İranda
- Orta təhsil səviyyəsi üzrə imtahanlar keçirildi
- Bakının bir neçə rayonunda suyun verilmə saatları azaldılıb - Rəsmi
- Kral tarixi uğuru futbolçularla belə qeyd etdi - Video
- Sabahın hava proqnozu açıqlandı
- Bakıda avtobus 75 yaşlı qadının üstündən keçdi - Anbaan video
- Prezident qəbul keçirdi - Fotolar